Saatlıda ər-arvad dəm qazından boğularaq öldü

  • Müəllif: Ayshan
  • 24 Dekabr 2025 09:42

Saatlı rayonunda iki nəfər dəm qazından boğulub.

Gununsesi.info xəbər verir ki, hadisə dekabrın 23-də rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakinləri – İsmayılov İbrəhim Hüseyn oğlu və həyat yoldaşı İsmayılova Pəri Edil qızı yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

Fakta görə Saatlı rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info