Saatlıda maşın piyadanı vurub

  • Müəllif: Firuzə
  • 26 Yanvar 2026 09:27

Saatlıda maşın 46 yaşlı kişini vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

1980-cı il təvəllüdlü Fizuli Mənsimov iarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil ilə hərəkətdə olarkən yolu keçən piyada 1981-ci il təvəllüdlü Hikmət İsgəndərovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info