Sahibkarlara MÜJDƏ: Yoxlamalar daha 1 il dayandırıldı

  • By admin
  • 12 Fevral 2021 16:33

Milli Məclisin plenar iclasında “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Gununsesi.info xəbər verir ki, qanun layihəsini Məşhur Məmmədov təqdim edib.

Dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılır.

Deputat Razı Nurullayev qanun layihəsini dəstəkləyib. Bildirib ki, bu, sahibkarlığın inkişafına səbəb olacaq.

Deputat eyni zamanda maliyyə amnistiyasının verilməsinin tərəfdarı kimi də çıxış edib.

Gununsesi.info