Sahibkarlarla növbəti görüş Samux rayonunda keçiriləcək

  • By admin
  • 03 Yanvar 2023 14:55

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samux rayonunda görüşü təşkil olunacaq.

Aksiya Samux şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında (YAP-ın inzibati binasının qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 6-da saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Gununsesi.info