Şahin Bağırov onu rəis təyin etdi - FOTO

Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinə yeni rəis təyin edilib.

Gununsesi.info Unikal-a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə gömrük xidməti mayoru Həsənli Tural Məhərrəm oğlu təyinat alıb. T.Həsənli 2024-cü ildən adıçəkilən idarə rəisi vəzifəsini icra edirdi.
Qeyd edək ki, DGK-nin Hüquqi Təminat İdarəsinin əvvəlki rəisi Sənan Muxtarov ötən il təqaüdə göndərilib. S.Muxtarov 32 il bu vəzifədə çalışıb.
Bakupost.az