
Şahmat üzrə Azərbaycan çempionatının medalçıları mükafatlandırılıb.
Gununsesi.info xəbər verir ki, mükafatlandırma mərasimi Landmark Biznes Mərkəzində baş tutub.
Qaliblərə medal, kubok, gül dəstələri və sertifikat təqdim olunub.
Qeyd edək ki, kişilərin mübarizəsində Rauf Məmmədov Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub.
Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.