Salyanda güclü külək: NƏRİMANOV SAKİNLƏRİ İŞIQSIZ QALDI

  • By admin
  • 13 İyun 2022 22:12

Salyanda güclü külək bir sıra fəsadlar törədib.

Gununsesi.info xəbər verir ki, külək Salyan şəhərində bir neçə ağaçı aşırıb. Əliağa Kürçaylı küçəsində aşan ağac yolun üzərinə düşdüyündən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşıb.

Bununla yanaşı, təbii hadisə elektrik təsərrüfatlarına da ziyan vurub. Şəhərin H.Əliyev, Ə.Kürçaylı, T.Xəlilbəyli və N.Nərimanov küçələrinin sakinləri 2 saatdan çox işıqsız qalıb.

Küləyin aşırdığı ağaclar aidiyyəti qrumlar tərəfindən kəsilərək ərazidən uzaqlaşdırılıb, elektrik naqilləri isə təmir edilərək əhaliyə verilən elektrik enerjisi bərpa olunub.

Gununsesi.info