Şimali Koreyanın arxasındakı super güc: - Rusiyadan tam dəstək

Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui və Rusiya xarici işlər naziri Sergey Lavrovun keçirdiyi strateji dialoq görüşü ilə bağlı açıqlama verilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bəyanatda Rusiya Şimali Koreyanın ABŞ və müttəfiqlərinin təcavüzkar siyasətlərinin qarşısını almaq, regional sülh və sabitliyi təmin etmək məqsədilə həyata keçirdiyi tədbirləri tam dəstəklədiyi qeyd olunub.

Şimali Koreyanın rəsmi mətbuatında dərc olunan bəyanatda iki ölkə arasında əlaqələrin iyun ayında Şimali Koreya-Rusiya arasında tarixi zirvə toplantısında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində strateji səviyyədə gücləndirildiyi vurğulanıb.

Bildirilib ki, strateji dialoq görüşündə zirvə görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi vurğulanıb, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Orxan Saffari

Gununsesi.info