Türkiyənin ŞİMŞEK dronu uğurla sınaqdan keçirilib. Türkiyə istehsalı olan ANKA pilotsuz uçuş aparatına (PUA) inteqrasiya edilən ŞİMŞEK qarşıya qoyulan məqsədlərə uğurla nail olub. Türkiyə hərbi-sənaye kompleksi innovativ texnologiyaların inkişafını davam etdirir.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir sosial şəbəkə hesabında bildirib.
PUA havada 45 dəqiqəyə qədər qala bilir, maksimal uçuş məsafəsi 70 km-dir.
ŞİMŞEK pilotsuz uçuş aparatı yerli silah sistemlərini sınaqdan keçirərkən ehtimal olunan düşmən hədəfi kimi çıxış etmək də daxil olmaqla müxtəlif vəzifələr üçün nəzərdə tutulub.
Gununsesi.info