ŞOK: Rusiya “Hizbullah”ı Ukraynada müharibəyə CƏLB ETDİ

  • By admin
  • 18 Mart 2022 13:13

Rusiya Ukraynadakı müharibəyə Bəşər Əsədin və Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı və siyasi partiyası “Hizbullah” terror qruplaşmasının muzdlularını cəlb edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin komandanlığı şəxsi heyətin itkilərinin əcnəbilər hesabına ödənilməsi üçün tədbirlər görməyə davam edir.

“Yeni məlumata görə, Rusiya işğalçıları artıq Bəşər Əsəd və “Hizbullah”ın qondarma ordusunun nümayəndələrindən 1000-ə yaxın muzdlu toplayıb. Xarici döyüşçülər üçün əsas tələb şəhərdə döyüş təcrübəsidir. Eyni zamanda, mövcud məlumata görə, sözügedən yaraqlılar Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək deyil, ezamiyyətlərindən Avropa ölkələrinə getmək fürsəti kimi istifadə etmək məqsədi güdürlər”, – məlumatda deyilir.

Gununsesi.info