Şolts Kiyevə səfər edəcək

  • By admin
  • 12 İyun 2022 11:10

Almaniya kansleri Olaf Şolts Kiyevə səfər etmək qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, hökumət dairələrindəki mənbələrə görə, Şolts Almaniyanın iyunun sonunda ev sahibliyi edəcəyi G7 sammitindən əvvəl Kiyevə səfər etməyi planlaşdırır.

Həmçinin, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi ilə birgə səfərin mümkünlüyü müzakirə edilib.

Paris və Berlin hökumətlərinin bir müddətdir ki, Kiyevə birgə səfərlə bağlı danışıqlar apardığı iddia edilir.

Gununsesi.info