Sülhməramlıların avtomobili Laçın-Xankəndi yolundan keçdi

  • By admin
  • 26 Dekabr 2022 09:06

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər.

Gununsesi.info xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus təminat avtomobilinin aksiya keçirilən məkandan maneəsiz hərəkət etməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmir.

Gununsesi.info