Sülhməramlıların maşınları Xankəndidən Laçına maneəsiz keçdilər

  • By admin
  • 04 Yanvar 2023 10:28

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Gununsesi.info xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin avtomobil Xankəndidən Laçın istiqamətinə keçib.

Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 4-ə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 1-i isə Rusiya sülhməramlılarına məxsusdur.

Gununsesi.info