Suriyada İŞİD üzvləri zərərsizləşdirildi

  • Müəllif: Firuzə
  • 24 Fevral 2026 23:13

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri İŞİD-in bir bölməsini zərərsizləşdirib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Syria TV” televiziyası hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, zərərsizləşdirilmiş silahlılar ölkənin şimal-şərqindəki Raqqa əyalətində nəzarət-buraxılış məntəqəsinə hücumda şübhəli bilinirdi.

Əməliyyatın təfərrüatları ilə bağlı məlumat verilməyib.

Gununsesi.info