Suriyanın XİN başçısı Türkiyəyə səfər edəcək

  • By Günel
  • 14 Yanvar 2025 22:45

Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybani yüksək səviyyəli nümayəndə heyəti ilə yanvarın 15-də Türkiyəyə səfər edəcək.

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Səfər çərçivəsində onun Türkiyənin XİN başçısı, milli müdafiə naziri ​​və MİT rəhbəri ilə görüşəcəyi nəzərdə tutulur.

Gununsesi.info