Şuşa ətrafında gedən döyüşlərdə yüksək rütbəli işğalçılar məhv edildi - FOTO

  • By admin
  • 07 Noyabr 2020 14:47

Azərbaycanın müzəffər ordusu düşmənin bir neçə yüksək rütbəli hərbçisini məhv edib.

Gununsesi.info bildirir ki, bu barədə məlumatı hərbi bloqer Tofiq Şahmuradov “Facebook” səhifəsində paylaşıb.

O bildirilib ki, silahlı qüvvələrimiz tərəfində Şuşa ətrafında gedən döyüşlərdə polkovnik Artyom Mirzoyan, kəşfiyyat qrupunun komandirləri – Gnel Fidanyan və Mixayıl Sirunyan, həmçinin, baş leytenant Hamlet Hovhanes Qriqoryan və kapitan Vardan İlikinyan məhv edilib.

Gununsesi.info