Tərtərin icra başçısından Prezidentə kütləvi şikayət

  • By admin
  • 18 İyun 2022 00:12

Bir qrup Tərtər sakini rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovdan Prezident İlham Əliyevə şikayət edib.

Bu barədə Gununsesi.info-ya rayon sakinləri bildirib. Məlumata görə, şikayətdə icra başçısının bir sıra qanunsuz əməlləri, yerli sakinlərin problemlərinə qarşı biganə münasibətindən bəhs olunur.

Şikayət ərizəsində rayon sakinləri Müstəqim Məmmədovun İkinci Qarabağ savaşından qayıdan gənclərin taleyinə biganə qaldığını, onların problemlərini taleyin ümidinə buraxdığını yazıb.

Bildirilir ki, bir neçə qazi icra başçısından birlikdə inşa etdirmək istədikləri ictimai-iaşə obyekti üçün torpaq sahəsi istəsə də onlara “yox” deyilib.

Halbuki, digər sakinlərə bu cür yerlər rüşvətlə satılır.

Mayis

Gununsesi.info