Tanınmış səyyahlar Zəngilanın Ağalı kəndində

  • By admin
  • 18 İyun 2022 10:14

Beynəlxalq səyahətçilər Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

Gununsesi.info xəbər verir ki, 10 ölkəni təmsil edən 24 səyyah və blogerlərdən ibarət qrup ilk “Ağıllı kənd”lə tanış olublar.

Qonaqlara Zəngilanda həyata keçirilən pilot layihə haqqında məlumat verilib. Bildirilib ki, artıq 200 yaşayış evi tikilib, daha 150 evin tikintisinə başlanılması planlaşdırılır.

Diqqətə çatdırılıb ki, “Ağıllı kənd” konsepsiyasında yaşayış kompleksinin, sosial xidmətlərin, istehsal müəssisələrinin yaradılması və alternativ enerji mənbələrindən istifadə nəzərdə tutulub.

Gununsesi.info