TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçir

  • Müəllif: Firuzə
  • 07 Oktyabr 2025 14:17

Bu gün qəbul edəcəyimiz Qəbələ Bəyannaməsi Türk dövlətləri arasında əməkdaşlığı gücləndirəcək.

Gununsesi.info  xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

O bildirib ki, təşkilat çərçivəsində həmrəylik, etimad daha da güclənib: “Bununla Qırğız Respublikası sədrliyini başa çatdırır və onu Azərbaycana ötürür. Əminəm ki, Azərbaycan öz tərəfindən Türk xalqlarının inkişafına yönəlmiş bütün səyləri inkişaf etdirəcək”.

 

Gununsesi.info