Tehran çökür, reginonda siyasət qarışıb - Jurnalist

  • Müəllif: Orxan
  • 20 Mart 2026 09:21

ABŞ və İsrail üç həftədir İrana aviazərbələr endirir. Rusiyanın yaxın tərəfdaşı olan Tehran çöküşə doğru gedir, regionda siyasət qarışıb, Moskva isə bütün bunları kənardan izləyir.

Gununsesi.info xəbər verir ki, AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Mayk Ekkel Kremlin o qədər də məyus olmadığını yazır.

“Fikrimcə, bu, Avropada təhlükəsizlik və iqtisadi mənzərəni mürəkkəbləşdirir. ABŞ prezidenti Donald Trampın diqqətini Ukraynadan yayındırır, bütün bunlar isə Moskvaya əlavə meydan açır”, – Rusiya üzrə ekspert, London Kral Kollecində Rusiya üzrə professor Sem Qrin belə deyir.

Təhlilçinin fikrincə, Avropa siyasətçilərinin Ukraynanı dəstəkləmək istəyi də dəyişə bilər, bu isə “Rusiyanın dəyirmanına su tökməkdir”.

Bir yandan da neft və qazın bahalanması Rusiyanın Ukraynada beşinci ilə keçmiş müharibəsini maliyyələşdirir.

Gununsesi.info