“Tehran Vaşinqtonun niyyətlərini qiymətləndirəcək və hərəkətə keçəcək”

  • Müəllif: Orxan
  • 11 Aprel 2025 12:05

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bekayi İran və ABŞ arasında Omanda keçiriləcək danışıqlardan əvvəl açıqlama verərək, “Biz diplomatiyaya real şans veririk” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi sosial media hesabında ABŞ ilə  12 aprel şənbə günü Omanda keçirilməsi gözlənilən danışıqlarla bağlı paylaşım paylaşıb . Bekayi X hesabında paylaşdığı açıqlamada “Biz ciddiyyətimiz və səmimiyyətimizlə diplomatiyaya real şans veririk. ABŞ ev sahibliyi etdiyi bu qərarına baxmayaraq, təqdir etməlidir” deyib.

Danışıqlarda qərəzli olmadıqlarını bildirən Bekayi, “Şənbə günü qarşı tərəfin niyyətini və ciddiliyini dəyərləndirib növbəti addımlarımızı buna uyğun atmağı planlaşdırırıq” deyib.

İranın dövlət mediasında yer alan xəbərlərə görə, danışıqların İranın xarici işlər naziri Ərakçi və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun sədrliyi, Omanın xarici işlər naziri Bədr əl Busaidinin vasitəçi olacağı gözlənilir.

Orxan

Gununsesi.info