“Telegram”-ın qurucusu: - "Nə təyyarəm, nə də yaxtam var"

“On ildir ki, onun bank hesabında və bitkoinlərdə bir neçə yüz milyon dollarım var”.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu “Telegram”-ın qurucusu Pavel Durov jurnalist Taker Karlsona verdiyi müsahibəsində deyib.

 

Durov deyir ki, bu pullar ilə o heçnə etmir:

 

“Mənim nə mülküm, nə təyyarəm, nə yaxtam var” – deyə o əlavə edib.

Onun fikrincə, bu həyat tərzi ona yaraşmır. O əlavə edib ki, messencerlə işləməyə diqqət yetirməyi də xoşlayır.

 

Qeyd edək ki, daha əvvəl iş adamı ev və təyyarə almaq istəmədiyini açıqlamışdı. Durov əmin edib ki, o, qazandığı pulu Telegram-ın inkişafına sərf edir.

 

 

 

Şəbnəm

Gununsesi.info