“Terror, vandalizm, barbarlıq Ermənistanda dövlət siyasətidir” - Musa Qasımlı

  • By admin
  • 13 Noyabr 2020 16:12

“Bəyanatın imzalanmasından sonra müəyyən edilmiş cədvələ uyğun olaraq ermənilərin Kəlbəcərdən çıxmağa başlaması Ali Baş Komandanımız, möhtərəm, cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ordumuzun meydanda qazandığı qələbə ilə yanaşı, diplomatik-siyasi sahədə əldə etdiyi qələbələrdən biridir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

O bildirib ki, artıq Kəlbəcər və digər rayonlarımız hərbi əməliyyatlar aparılmadan, qan tökülmədən məğlub olmuş Ermənistan tərəfindən boşaldılır: “Amma o boşaltmada bir məsələni xüsusi qeyd etmək istəyirəm. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini boşaldırlar, amma gedərkən bütün evləri, inzibati binaları yandırırlar. Bu hərəkət erməni barbarlığının, vandalizminin konkret təzahürüdür”.

“Çıxdıqdan sonra meşələrə od vurulması ekologiyaya qarşı törədilən terrordur. Bu hərəkətlər bir daha sübut edir ki, Ermənistanda terror, vandalizim, barbarlıq dövlət siyasətinin tərkib hisssəsidir”, – deyə millət vəkili əlavə edib.

Gununsesi.info