Tofiq Yaqubluya cəza verildi

  • By admin
  • 15 İyul 2021 18:31

Bu gün  Bakı Apellyasiya Məhkəməsi tanınmış müxalifətçi  Tofiq Yaqublunun cəzasının çəkilməmiş hissəsini 2 il 6 ay şərti cəza ilə əvəz edib.

Gununsesi.info bildirir ki, yeni qərar həm də sınaq müddəti hesab ediləcək.

Məhkəmə Yaqublu barəsində ev dustalığı imkan tədbirini ləğv edib.

Tofiq Yaqublu 22 mart 2020-ci il tarixində yol nəqliyyat hərəkətini pozmaqda və ər-arvada hücumda günahlandırılaraq saxlanılıb. Müxalifətçi ona qarşı təxribat törədildiyini bildirib.

Bununla belə, ötən il sentyabrın 3-də o, dörd il üç ay müddətinə həbs cəzasına məhkum edilib.

Yaqublu ittihamının ləğv edilməsi tələbi ilə aclıq elan edib və aclığı 17 gün davam etdirib. Beynəlxalq hüquq müdafiə təşkilatları, Avropa İttifaqı, ABŞ işə yenidən baxmağa çağırıb. Nəhayət, sentyabrın 18-də məhkəmə qətimkan tədbirini dəyişdirib və Tofiq Yaqublunu ev dustaqlığına buraxılıb.

Bundan sonra Yaqublu birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi.

Gununsesi.info