Tokio Olimpiadası üçün xarici ölkələrdən könüllülərlə bağlı qərar açıqlandı

  • By admin
  • 20 Mart 2021 23:33

Koronavirusun yayılma riski səbəbindən xarici ölkələrdən olan könüllülərə Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirak etməyə icazə verilməyəcək.

Bu barədə “Kyodo” agentliyi məlumat verib.

Ancaq nadir xarici dilləri bilən könüllülər üçün istisnalar ediləcəyi gözlənilir. Onların Yaponiyaya girişinin təşkili ayrıca nəzərdən keçiriləcək.

Yaponiya tərəfi ən təhlükəli hal kimi yeni koronavirus ştamlarının nüfuz etmə ehtimalını hesab edir.

Qeyd edək ki, Britaniyada yeni koronavirus ştammının aşkarlanması ilə əlaqədar hazırda Yaponiyada bütün ölkələrin və bölgələrin vətəndaşlarına yeni viza verilməsi qadağan olunub; ölkəyə ancaq ölkə  vətəndaşları, həmçinin uzun müddətli vizaları olan və Yaponiyada daimi yaşayan əcnəbilər daxil ola bilərlər.

Gununsesi.info