Tovuz sakini Bakıda xəstəxanada ölüb.

  • Müəllif: Admin08
  • 07 Oktyabr 2025 22:55

Tovuzda bir ay əvvəl itin dişlədiyi məktəbli Bakıda xəstəxanada ölüb

Gununsesi.info xəbər verir ki, rayon sakini olan 10 yaşlı oğlanı təxminən 1 ay əvvəl it dişləyib.

Bir müddət keçəndən sonra məktəblinin halı pisləşib. Məktəbli əvvəlcə Tovuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıda yerləşən xəstəxanaların birinə aparılıb.

Ona xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq məktəbli bu gün müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, dünyasını dəyişən oğlanın 5-ci sinif şagirdi olduğu bildirilir.

Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.

Gununsesi.info