Tovuzda ağır qəza: Üç nəfər xəstəxanalıq oldu, birinin vəziyyəti ağırdı – VİDEO

  • By admin
  • 21 Mart 2021 09:48

Tovuzda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində olub.

HTML tutorial

Qəza nəticəsində “Changan” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşublar.

Toqquşmanın təsiri ilə “VAZ 2106” əsaslı dərəcədə deformasiyaya uğrayıb. Avtomobildə olan üç nəfər isə yaralanıb.

Təcili xəstəxanaya çatdırılan yaralılardan birinin vəziyyəti ağırdır. Digər ikisi isə ambulator müalicə üçün xəstəxanadan evə buraxılıblar.