Tramp rəqibini narkotik testindən keçməyə çağırdı

  • By admin
  • 15 Sentyabr 2020 19:23

ABŞ Prezidenti Donald Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydeni narkotik testindən keçməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, Tramp bunu Baydenin davranışlarındakı qəribəliklə izah edib:

“Mən də bu testdən keçəcəm. Düşünürəm, o, narkotik testindən keçməlidir. Bayden nəsə qəbul edir. Bir ona baxın”.

Trampın fikrincə Co Bayden seçkiqabağı debatlarda birdən-birə çox özündən əmin şəkildə danışmağa başladı ki, bu da onun üçün xarakterik deyil:

“Fikrimcə, nəsə qəribə hadisə baş verdi. Nə olduğunu deməyəcəyəm, ancaq çoxları inanır ki, nəsə oldu. Belə etmək olmaz”.

Gununsesi.info