Tramp Rusiyaya qarşı olan sanksiyaları dəstəkləyib

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə işgüzar əlaqələrini davam etdirən ölkələrə sərt sanksiyaların tətbiqini dəstəkləyib. O bildirib ki, İran da bu məhdudiyyətlərin hədəfində ola bilər.

Qanun layihəsi Respublikaçı senator Lindsi Qrem və Demokrat senator Riçard Blumental tərəfindən təqdim edilib və Rusiya nefti, qazı, uran və digər xammal alan ölkələrdən ABŞ-a idxala 500% tarif tətbiqini nəzərdə tutur. Tramp təşəbbüsün G7 sammitindən əvvəl müzakirə edilməsini istəyib, lakin sammit Moskvanın tələbləri səbəbindən ləğv olunub.

Bundan əvvəl ABŞ Rosneft və Lukoil-a qarşı sanksiyalar tətbiq edib, nəticədə Hindistan və Çindəki bəzi alıcılar Rusiya neftini almağı dayandırıb. Trampın yeni sanksiyaları Vaşinqtonun Rusiyaya təzyiq siyasətinin yalnız başlanğıcı hesab olunur.

Orxan

Gununsesi.info