Trampa və Maykl Pompeoya sanksiya tətbiq edildi

  • By admin
  • 19 Yanvar 2021 20:16
İran hökuməti ABŞ-ın səlahiyyət müddəti başa çatan prezidenti Donald Trampı və dövlət katibi Maykl Pompeonu sanksiya siyahısına salıb.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat verib.

O həmçinin bildirib ki, ABŞ-ın maliyyə naziri Steven Mnuçin, keçmiş müdafiə naziri Mark Esper, həmin vəzifəni icra edən Kristofer Miller, CİA rəhbəri Cina Haspel, İrandakı keçmiş və hazırkı xüsusi elçilər – Brayan Huk və Eliot Abrams, habelə ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton da sanksiya siyahısındadırlar.

Sözügedən addımlara əsas olaraq ABŞ-ın regionda terrorçuluq fəaliyyətləri, habelə dünyada təhlükəsizliyə qarşı təhdid yaratması göstərilir.

Gununsesi.info