Türkiyədə müəllimə silahi hücum

Türkiyənin Bursa vilayətində qadın müəllim dərsdən çıxarkən silahlı hücuma məruz qalıb.

Gununsesi.info xəbər verir ki, yaralanan pedaqoq dərhal xəstəxanaya yerləşdirilib.

Məlumata görə, özəl məktəbdə işləyən Gizem N. dərslər bitdikdən sonra keçmiş nişanlısı olduğu iddia edilən şəxs tərəfindən atəşə tutulub. Şübhəli hadisə yerindən qaçıb və saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.

Gununsesi.info