Türkiyədə şirkət sahibi TIR-ları cizgi film personajları ilə bəzətdirib

  • By Günel
  • 13 Avqust 2024 17:22

Mersində bir nəqliyyat şirkətinin sahibi sürücülərin iş stresini azaltmaq üçün cizgi filmi personajlarının fotoşəkilləri ilə onların sürdüyü yük maşınlarını bəzətdirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, magistral yolları xarici görünüşü ilə rəngləndirən yük maşınları sürücülərin də xoşuna gəlib.

Sürücülüyü atasından öyrənən Nusret Baykal sürücülük vəsiqəsini aldıqdan sonra, 2019-cu ildə öz nəqliyyat şirkətini qurub və 25 “TIR” markalı yük maşınını satın alıb. O, atasının sənəti olduğu üçün, sürücülüyün çətinliklərini bildiyini deyib. Buna görə də, sürücülərin və ətrafdakıların üzünü güldürməyi məqsədi daşıyan Baykal şirkətində çalışan sürücülərin yaşadıqları stresi azaltmaq üçün, yük maşınlarından 5-ni “Tom və Cerri”, “Şirinlər” və “Bugs Bunny” kimi cizgi film qəhrəmanlarının fotoşəkilləri ilə bəzətdirib.

Görünüşü ilə keçdiyi magistral yolları rəngləndirən yük maşınları digər sürücülərin də diqqətini çəkib.

Şirkət sahibi Nusret Baykal atasının sənəti olduğu üçün, sürücü olmağın çətinliklərini yaxından bildiyini deyib.

Sürücülərin gülümsəməsini hədəflədiklərini ifadə edən Baykal deyib:

“Çiyinlərində böyük yük olan sürücülərimizi sevindirmək istədik. Yük maşınlarını görən hər kəsin üzündə təbəssüm oyanır. İnsanlar yolda sürücülərimizi saxlayıb şəkil çəkdirmək istəyirlər”.

Baykal əlavə edib ki, digər yük maşınlarını da oxşar fotolarla təchiz etmək üçün çalışırlar.

Rəngli yük maşını ilə uzun yolların daha da əyləncəli olduğunu söyləyən, vətəndaşların marağı ilə qarşılandıqlarını ifadə edən sürücü: “Yük maşınını görən, hər kəs şəkil çəkdirir. Uşaqkən biz cizgi filmi izləyə bilməmişik. Yolda gedərkən insanlardan pozitiv reaksiyalar alırıq, uşaqlar bizi, biz də onları sevindiririk”,- deyə o bildirib.

çizgi film karakterleri

 

mersin

 

Günel

Gununsesi.info