Türkiyə ilə Ermənistan arasında hava yolu ilə yükdaşımalar başladı

  • By admin
  • 06 Yanvar 2023 19:40

Türkiyə ilə Ermənistan arasında hava yolu ilə yükdaşımalar başlayır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Vaan Unanyan deyib.

O bildirib ki, bu il yanvarın 1-dən Türkiyə ilə Ermənistan arasında birbaşa hava yolu ilə yükdaşımaları mümkündür. Lakin Türkiyə tərəfi Ermənistanı hava yolu ilə birbaşa yükdaşımalar üçün yaranmış məhdudiyyəti aradan qaldırması barədə məlumatlandırıb.

Qeyd edək ki, hava yolu ilə yükdaşımaların bərpası iyuldakı razılaşmaya əsasən əldə olunub.

Gununsesi.info