Türkiyə tam qapanmaya keçir

  • By admin
  • 26 Aprel 2021 21:16

“Ramazan bayramından sonra həyatımızı asanlaşdıracaq addımlar ata bilməyimiz üçün rəqəmlərin bugünkündən daha az olması şərtddir”.

Gununsesi.info  xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hədəf yoluxma sayını beş mindən aşağı salmaqdır:

“Hədəflədiyimiz rahatlığı təmin edə bilməyimiz üçün önümüzdəki günlərdə birlikdə fədakarlıq etməyimiz zəruridir”.

Prezident bəyan edib ki, aprelin 29-u, saat 19:00-dan mayın 17-si, saat 05:00-dək davam edəcək tam qapanmaya keçilir.

 

Gununsesi.info