Türkiyədə 23 tələbə saxlanıldı

  • Müəllif: Firuzə
  • 28 Oktyabr 2025 11:13

Ankarada Hacettepe Universitetinin Ədəbiyyat fakültəsinin tələbələri arasında dava düşüb. 

Gununsesi.info xəbər verir ki, dava zamanı iki nəfər yaralanıb. Universitetə polis və sağlamlıq qrupları sövq edilib.

Hadisə nəticəsində 23 tələbə saxlanılıb. Polis qrupları universitet şəhərciyində təhlükəsizlik tədbirləri görüb.

 

Gununsesi.info