Türkiyədə dərslər əyani olacaq

  • By admin
  • 19 Avqust 2021 22:14

Türkiyədə təhsil müəssisələri sentyabrın 6-dan əyani formada fəaliyyətinə davam edəcək.

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirilib.

Ərdoğan qeyd edib ki, şagirdlərlə ünsiyyətdə olan, amma peyvənd olunmayanlardan həftədə iki dəfə PCR testi tələb ediləcək.

Türkiyə Prezidenti ictimai nəqliyyatda, eləcə də konsert və kinoteatr kimi əhalinin kütləvi toplaşdığı məkanlarda PCR testi tələb olunacağını vurğulayıb.