“Taliban”ın quracağı hökumətlə görüşüb danışacağıq” – ƏRDOĞAN

  • By admin
  • 19 Avqust 2021 22:12

“Lazım gələrsə, “Taliban” tərəfindən qurulacaq hökumətlə görüşüb ortaq mövzularımızı danışacağıq”

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, ən önəmli məqsəd Əfqanıstanın sabitliyi və təhlükəsizliyidir.

R.T.Ərdoğan hazırda Türkiyədə qanunsuz miqrantlarla bağlı narahatlıqların yaşadığını vurğulayıb.

“Türkiyədə 180 mini qeydiyyatdan keçmiş, 120 mini qanunsuz miqrant olan əfqanıstanlı var. Son 3 ildə ki, tutulan qanunsuz miqrantların yarısı əfqanıstanlıdır. Ölkəmizin 1 milyon əfqanıstanlı qəbul etdiyi haqqında yayılan məlumatlar isə yalandır”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Gununsesi.info