Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib - FOTO

  • By admin
  • 15 Sentyabr 2020 17:11

Türkiyənin Milli Müdafiə Nazirliyi 15 sentyabr –  Bakının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

Gununsesi.info-nun xəbərinə görə, nazirliyin rəsmi twitter səhifəsindən yaydığı açıqlamada bildirilir: “Bu gün Nuri Paşa komandanlığında Qafqaz İslam Ordusunun Bakının düşmən işğalından xilasının 102-ci ildönümüdür. 15 sentyabr 1918-ci ildə Bakının işğaldan qurtuluşunda şəhid və qazi olan əsgərlər ehtiramla yad edirik. Azərbaycanlı qardaşlarımızın bu əlamətdar gününü təbrik edirik”.

 

Gununsesi.info