“Türkiyənin Suriyadakı quru əməliyyatı İŞİD-ə qarşı əldə etdiyi nailiyyətləri təhlükə altına qoyur” - PENTAQONDAN ANKARAYA ÇAĞIRIŞ

  • By admin
  • 30 Noyabr 2022 10:02

ABŞ Müdafiə Nazirliyi  Türkiyənin Suriyada həyata keçirəcəyi mümkün quru əməliyyatının İŞİD-ə qarşı müharibədə əldə edilən qazancı “ciddi” şəkildə təhlükə altına atacağını bildirib və təmkinli olmağa çağırıb.

Bu barədə Gununsesi.info ABŞ mediasına istinadən bildirir. 

Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder deyib: “Davam edən münaqişə, xüsusilə quru əməliyyatı dünyanın İŞİD-ə qarşı sərt mübarizədə əldə etdiyi nailiyyətləri ciddi təhlükə altına qoyur və regionda sabitliyi pozur”.

Türkiyənin Suriyada potensial quru əməliyyatı ilə bağlı narahatlığını davam etdirdiyini qeyd edən Ryder daha sonra deyib: “Eyni şəkildə, Türkiyə sərhədləri daxilində baş verən terror aktları ilə bağlı qanuni təhlükəsizlik narahatlıqlarını tanıyırıq və Türkiyəni yenə də təmkinli olmağa çağırırıq”.

Pentaqonun sözçüsü İŞİD-ə qarşı əməliyyatların dayanmadığını, lakin ABŞ-ın Suriya Demokratik Qüvvələri (SDQ) ilə birgə patrulların sayını azaltdığını və Amerika qüvvələrinin başqa yerlərdə yerləşdirildiyini bildirib.

 

Tərcümə:

Afət