Üç gündür nəşi gözlənilən şəhidimiz dəfn olundu - FOTOLAR

  • By admin
  • 16 Sentyabr 2022 21:06

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilməsi nəticəsində şəhid olan Qurbanzadə Cəmil Anar oğlu Astarada dəfn edilib. 

Gununsesi.info xəbər verir ki, 2021-ci ilin aprel ayında hərbi xidmətə yola düşmüş hərbçimiz üç gün əvvəl şəhid olub. Evin tək oğlu olan Cəmilin hərbi xidməti başa vurmasına iki ay qalmışdı.

Qeyd edək ki, Qurbanzadə Cəmil 27 aprel 2003-cü ildə Astarada anadan olub.




Gununsesi.info