Gələn il Ukrayna 1 milyon pilotsuz təyyarə istehsal edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin Telegram kanalında yazıb.
“Yekun mətbuat konfransında Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın gələn il bir milyon pilotsuz təyyarə istehsal edəcəyinə söz verib və bu, yalnız FPV dronlarından gedir”, – deyə nazir qeyd edib.
Kamışin qeyd edib ki, bu ayın əvvəlindən Ukrayna artıq 50 mindən çox pilotsuz uçan aparat istehsal edib. “Gələn il biz FPV dronlarından əlavə 10 min ədəd orta mənzilli (yüzlərlə kilometr) və daha çox aparat istehsal edə bilərik. Uçuş məsafəsi 1000 kilometr olan 1000 ədəd”, – deyə ukraynalı nazir əlavə edib.
Kamışin bütün istehsal imkanlarının hazır olduğunu, 2024-cü il üçün müqavilələrin icrasına başlandığını vurğulayıb.
FPV (First-Person View) pilotsuz uçuş aparatları kamera ilə təchiz edilmiş və videonu real vaxt rejimində pilotun cihazına ötürən kvadrokopterlər və ya çoxrotorlu (vertolyot) pilotsuz uçuş aparatlarıdır. FPV dronları pilota yerdən çıxmadan özünü uçuş vəziyyətinə salmağa imkan verir.
Gununsesi.info