Ukraynada əsir saxlanılan ABŞ vətəndaşlarının görüntüləri yayıldı

  • By admin
  • 18 İyun 2022 11:46

Rusiya mediası Ukrayna ordusu sıralarında döyüşərkən əsir götürüldüyü deyilən iki ABŞ vətəndaşının görüntülərini yayıb.

Gununsesi.info bunu Rusiya mətbuatına istinadən xəbər verir.

ABŞ prezidenti Co Bayden isə Ukraynada Rusiyaya qarşı döyüşən və xəbər alına bilməyən ABŞ-ın 3 vətəndaşının harada olduğu barədə məlumatı olmadığını açıqlayıb.

“İzvestiya” qəzetinin xəbər saytında Alabamadan Ukraynaya gedən 27 yaşlı Endi Huynhun, “Russia Today” telekanalı isə yenə Alabamadan gəldiyi bildirilən ABŞ vətəndaşı, 39 yaşlı Aleksandr Druekenin görüntülərini paylaşıb.

Hər iki vətəndaşın ailəsi Ukraynaya gedən qohumlarından bir həftədir xəbər almadıqlarını və əsir düşə biləcəklərindən narahat olduqlarını bildiriblər.

Rusiya Müdafiə Nazirliyi hələlik mövzu ilə bağlı sualları cavabsız qoyub.

Gununsesi.info