Ukraynanın Bakıdakı səfiri Azərbaycana təşəkkür etdi - FOTO

  • By Günel
  • 22 İyul 2025 22:27

Azərbaycan və Ukrayna İrpendə (Kiyev vilayəti) dörd sosial obyektin, o cümlədən idman məktəbi və incəsənət məktəbi tikintisinə dair sazişlər hazırlayır.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev məlumat verib.

2022-ci ildən bəri Azərbaycanda 300-dən çox ukraynalı uşaq reabilitasiyadan keçib.

Səfirin sözlərinə görə, yaxın vaxtlarda 30 nəfərlik daha iki qrup gələcək.

Y.Qusev artıq Sumı və Xarkov vilayətlərində minatəmizləmə üçün istifadə olunan “Revival-P” maşınına görə Bakıya təşəkkür edib.

Kiyev və Bakı, həmçinin ANAMA və Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti arasında birgə təlim proqramları hazırlayır.

Gununsesi.info