Ukraynanın daha bir hərbi təyyarəsi vuruldu

  • By admin
  • 05 Noyabr 2022 18:46

Rusiya Müdafiə Nazirliyi Rusiya qırıcılarının Nikolayev vilayətində Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, təyyarənin Velikoaleksandrovka kəndi yaxınlığında vurulduğu dəqiqləşdirilir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gün hava hücumundan müdafiə sisteminin “Donetsk Xalq Respublikası”nda Ukraynaya məxsus Mi-8 helikopterini vurduğunu və bir sutkada 9 pilotsuz uçuş aparatını məhv etdiyini açıqlamışdı.

Gununsesi.info