“Uşaqlar restoranlarda böyüyür, məktəbdə yox” -Elza Seyidcahan

“Uşaqlar “cıqqa-cıqa” tərzində musiqiyə qulaq asaraq vaxt keçirirlər və bu, onların dərs oxumasına və məktəb həyatına mənfi təsir göstərir”.

Gununsesi.info xəbər verir ki, bu fikri müğənni Elza Seyidcahan efirdə uşaqların gec saatlara qədər restoranlarda qalması ilə bağlı narahatlığını bildirərkən deyib:

“Restoranlarda adam əlindən yer yoxdur. Uşaqlar burada böyüyürlər, halbuki onlar məktəbdə böyüməlidirlər. Gecə saat 12-yə qədər restoranda olan uşaq necə dərs oxusun, məktəbə getsin?”

Elza Seyidcahanın sözlərinə görə, bu məsələ valideynlərin diqqət etməsi vacib olan ciddi bir problemdir.

Şəbnəm 

Gununsesi.info