Hökmə əsasən, R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Ruben Vardanyan Azərbaycan ərazisində sülh və insanlıq əleyhinə cinayətlərdə, terrorçuluqda, terrorçuluğun maliyyələşdirilməsində, eləcə də ölkə ərazisində qeyri-qanuni silahlı birləşmələrin yaradılması və onların maliyyələşdirilməsində ittiham olunurdu:

“Hesab edirəm ki, irəli sürülmüş bu maddələr üzrə yekun məhkəmə hökmü hüquqi baxımdan öz təsdiqini tapdı. Bundan əvvəl də analoji cinayətlərə görə mühakimə olunan separatçı rəhbərlərlə bağlı Azərbaycan tərəfindən müvafiq və ədalətli qərarlar qəbul edilib”.
Şəbnəm











