Venesuelaya hücum zamanı yaralanan ABŞ əsgərlərinin sayı açıqlanıb

  • Müəllif: Orxan
  • 07 Yanvar 2026 16:16

Associated Press (AP) Pentaqondakı mənbəyə istinadən  xəbər verir ki, Venesuelada Prezident Nikolas Maduronu ələ keçirmək üçün keçirilən əməliyyat zamanı yeddi amerikalı əsgər yaralanıb.

Gununsesi.info bu barədə “Gazeta.ru”-ya istinadən xəbər verir.

Onun sözlərinə görə, beş əsgər artıq xidmətə qayıdıb, ikisi isə hələ də müalicə alır.

Əsgərlərin güllə və qəlpə yaraları aldığı qeyd edilib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl Venesueladakı əməliyyat zamanı ABŞ-nin heç bir düzəlməz itki vermədiyini bildirmişdi  Ağ Ev rəhbəri Amerika qüvvələrinin yalnız bir neçə nəfərinin yaralandığını bildirdi. Tramp, həmçinin qeyd etdi ki, Venesuelada Maduronu müdafiə edən “çoxlu kubalı” öldürülüb.

Qeyd edək ki, yanvarın 3-də ABŞ ordusu Venesuelaya qarşı bir sıra hava hücumları həyata keçirərək Maduro və həyat yoldaşı Siliya Flores əsir götürülüb. Onlar ABŞ-yə aparılıb və orada narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığı ittihamları ilə mühakimə olunublar. İlk məhkəmə iclası yanvarın 5-də baş tutub. Maduro günahını boynuna almayıb. Əsir götürülmüş Venesuela prezidentinin həyat yoldaşı da günahını rədd edir.

Elmar

Gununsesi.info