Vilayət Eyvazov DYP rəisini işdən çıxardı

  • By admin
  • 16 Sentyabr 2021 11:07

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Koroğlu Quliyev tutduğu vəzifədən azad edilib.

Gununsesi.info xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə, o, Füzuli RPŞ-nin baş əməliyyat müvəkkili vəzifəsinə təyinat alıb.

Hələlik Füzuli DYP-nin rəisi vəzifəsinə təyinat yoxdur.

Gununsesi.info