Dövlət Dumasının spikeri LDP liderinin öldüyünü açıqlayıb
“Ağır və uzun sürən xəstəlikdən sonra Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski dünyasını dəyişib”. Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin “Telegram” kanalında yazıb.
“Parlaq, istedadlı siyasətçi idi. Dünyanı dərindən dərk edən və çox şeyi qabaqcadan görən insan idi. LDP fraksiyasının lideri həmişə aktiv siyasətdə olub”, – spiker vurğulayıb.
Qeyd edək ki, fevral ayının əvvəlində Jirinovski koronavirusun “Omicron” ştammına yoluxmuş və ikitərəfli pnevmoniya ilə xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, Jirinovski dəfələrlə Azərbaycanı təhdid və təhqir edən açıqlamaları ilə gündəmə gəlmişdi.
Gununsesi.info