“Volkswagen” bu modelin istehsalını dayandırdı

“Volkswagen” özünün ən dəbli modellərindən biri olan Arteon-un istehsalını rəsmən dayandırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, şirkət 2023-cü ildə liftbek istehsalını dayandırıb.

Bildirilir ki, hal-hazırda sonuncu Arteon Shooting Brake stansiya vaqonu Almaniyanın Osnabrück şəhərindəki zavodda konveyerdən çıxarılıb.

Qeyd edilib ki, modelin rəqabətli Çin bazarında, həmçinin Avropada zəif satılıb.

 

 

Şəbnəm

Gununsesi.info